General-polkovnik Mixail Mizintsev Rusiya müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini təyin edilib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Mizintsev, sələfi, ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edildikdən sonra bu vəzifəyə gəlib.