“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” QSC 750 min manatlıq istiqraz buraxmaqla fond bazarında vəsait cəlb etmək istəyir.
Bu barədə Banker.az BOKT-un emissiya prospekti ilə bağlı açıqladığı rəsmi açıqlamaya istinad edir.
Emisya ediləcək hər bir istiqrazın qiyməti 1000 manat olmaqla, 750 min ədəd buraxılacaq.
Xatırladaq ki, “MJ Financial Services BOKT” 2019-cu ildə yaradılıb və 300 010 manat nizamnamə kapitalı var. BOKT Camal Aydınov (70%) və Mədəd Rüstəmova (30%) məxsusdur.