“MJ Financial Services BOKT” QSC 2022-ci ili 2 milyon 335 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 905 min manat olub ki, bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “MJ Financial Services BOKT”un faiz gəlirləri 4 milyon 482 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə çox), faiz xərcləri 496 min manat (əvvəlki ilə nisbətən 0.2% çox), mənfəət vergisi xərci 584 min manat (əvvəlki ilə nisbtən 2.6 dəfə çox) təşkil edir.
Hesabat dövründə BOKT-un cəmi aktivləri 13 milyon 227 min manat olub ki, bu da 2021-ci il ilə müqayisədə 29% artımdır. “MJ Financial Services BOKT”un cəmi öhdəlikləri 9 milyon 225 min manatdan 10 milyon 585 min manata, cəmi kapitalı isə 1 milyon 67 min manatdan 2 milyon 643 min manata çatıb.
Xatırladaq ki, “MJ Financial Services BOKT” 2019-cu ildə yaradılıb. BOKT Camal Aydınov (70%) və Mədəd Rüstəmova (30%) məxsusdur.