11 C
Baku
Monday, November 18, 2024

“MJ Financial Services BOKT”un rəhbərliyi yenidən təyin edildi

“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 01.07.2024-cü il tarixində keçirilib.

Banker.az xəbər verir ki, Cəmiyyətin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti bitdiyindən Şuranın sədrinin və üzvlərinin təyin edilməsi haqqında qərar qəbul etmişdir.

“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Rüstəmov Mədəd Nadir oğlu, üzvləri isə Aydınov Camal İsax oğlu və Məlikov Yavər Yaşar oğlu olmuşdur.

Son xəbərlər
Digər xəbərlər