“MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti rebrendinq edib.
Banker.az xəbər verir ki, “MKT İstehsalat Kommersiya” MMC adını və loqosunu dəyişib.
Belə ki, “MKT İstehsalat Kommersiya” MMC adını dəyişərək “Prime Cotton” MMC olub.
Xatırladaq ki, şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Prime Cotton MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik, pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac edilir.
Yeni loqonu sizə təqdim edirik.
ƏVVƏLKİ LOQO