“MKT İstehsalat Kommersiya” MMC, Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yüksək məhsuldarlığı ilə seçilən fermerlərin övladları üçün “MKT Summer Camp” yay düşərgəsi təşkil edib. Bu təşəbbüs, şirkətin fermer ailələrinə göstərdiyi xüsusi diqqətin və onların rifahına verdiyi əhəmiyyətin bir nümunəsidir.
Düşərgə, 7-15 yaş aralığındakı 30-dan çox uşağın iştirakı ilə həyata keçirilib. Uşaqlar, bir həftə ərzində maraqlı oyunlar oynayıb, ekskursiyalarda yeni bilgilər əldə ediblər və yaradıcılıq sənətləri ilə məşğul olaraq bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, oxatma, mini golf, futbol və digər idman növləri üzrə seminarlar da keçirilib.
Layihənin əsas məqsədi, uşaqlara komanda ilə işləmə, dostluq qurma və vaxtlarını səmərəli keçirmə vərdişlərini aşılayıb. Şirkət nümayəndələri, düşərgənin uşaqların fərdi inkişafına və sosial bacarıqlarının artırılmasına böyük töhfə verdiyini qeyd ediblər.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/