13 C
Baku
Friday, November 22, 2024

“MKT İstehsalat Kommersiya” gömrük xətası edib

“MKT istehsalat Kommersiya” gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutur.

Son xəbərlər
Digər xəbərlər