20 C
Baku
Saturday, September 28, 2024

“MKT İstehsalat Kommersiya” MMC müasir texnikaları pambıqçılıqda tətbiq etməyə davam edir

®“MKT İstehsalat Kommersiya” MMC müasir texnologiyaları təqdim edən “Skyline Tecnics” şirkətinin vasitəsi ilə Almaniyanın HORSCH markasının Leeb VL və Leeb AX modellərini almış və bu texnikalar üzrə uğurla təlim keçirmişdir. Almaniyanın “HORSCH” brendi innovativ kənd təsərrüfatı texnologiyası və torpağın becərilməsi, toxumçuluğu və əkilməsi üçün müasir həllərin aparıcı istehsalçısıdır. “HORSCH” markası torpaq becərmə və səpin aqreqatları və həmçinin dərman səpmə texnikaları istehsal edir.

Təlimin əsas məqsədi, iştirakçıların HORSCH Leeb VL və Leeb AX modelləri haqqında ətraflı məlumat əldə etməsi və bu avadanlıqların düzgün və effektiv istifadəsini öyrənmələridir. Müasir texnologiyalarla təchiz olunmuş bu modellər, pambıqçılıqda məhsuldarlığı və keyfiyyəti artırmağa, həmçinin xəstəlik və zərərvericilərin idarə olunmasını asanlaşdırmağa imkan verir. Təlim zamanı əldə olunan bilik və bacarıqlar, iştirakçılara müasir kənd təsərrüfatı texnologiyaları ilə daha effektiv işləmək imkanı verəcəkdir. Bu, həm kənd təsərrüfatı sektorunun, həm də pambıqçılıq sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/

IMG 7786

Son xəbərlər
Digər xəbərlər