16 C
Baku
Friday, September 27, 2024

“MKT İstehsalat Kommersiya” MMC-nin təşkil etdiyi “Bilik Yarışı” yekunlaşdı

®“MKT İstehsalat Kommersiya” MMC-nin maarifləndirmə və gənclərin inkişafına dəstək məqsədi ilə təşkil etdiyi bilik yarışı uğurla başa çatdı. Üç regionda (Ağdam, Cəlilabad və Salyan) keçirilən seçim mərhələlərində iştirak edən 6 komanda arasında yüksək performans göstərən 3 komanda – Zərdab, Neftçala və Sabirabad finala yüksəldi.

Bu cür yarışlar, gənclərin analitik düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi, intellektual potensialını ortaya çıxarmaqla yanaşı, onların gələcəkdə daha uğurlu və savadlı fərdlər kimi formalaşmasına da töhfə verir.

Yüksək rəqabət şəraitində keçən yarışda 1-ci yeri “Neftçala” komandası, 2-ci yeri “Zərdab” komandası, 3-cü yeri isə “Sabirabad” komandası tutmuşdur.

Sonda qalib gələn bütün komandalara sertifikat və hədiyyələr təqdim olundu.

Təşkilatçılar “MKT İstehsalat Kommersiya” MMC-nin, gələcəkdə də bu cür tədbirləri davam etdirərək, gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verməyə davam edəcəyini vurğuladı.

 

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/

Son xəbərlər
Digər xəbərlər