32 C
Baku
Sunday, July 14, 2024

“MKT İstehsalat Kommersiya” nazirliyə məxsus şirkəti məhkəməyə verib

“MKT İstehsalat Kommersiya” MMC Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, “MKT İstehsalat Kommersiya” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır, işə baxan hakim Zeynəb Axundovadır.

Xatırladaq ki, “MKT İstehsalat Kommersiya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 milyon manatdır. Şirkət pambıq yetişdirilməsi, tədarükü və emalı ilə məşğuldur.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ilin sentyabrın 26-da yaradılıb.

Son xəbərlər
Digər xəbərlər