2 C
Baku
Saturday, December 14, 2024

“MKT İstehsalat Kommersiya”nın ixrac gəlirləri 26% azalıb

Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar-oktyabr ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yerlərdədir.

Banker.az xəbər verir ki, bu ilin 10 ayında “MKT İstehsalat Kommersiya” tərəfindən 75.2 milyon dollarlıq məhsul ixrac edilib.

“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25.5% azalıb. Şirkət 2022-ci ilin yanvar-oktyabr ayında 100.9 milyon dollarlıq məhsul ixrac etmişdir.

Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər