27 C
Baku
Saturday, April 27, 2024

“MKT İstehsalat Kommersiya”nın ötən il ixracdan gəliri 22% azalıb

Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar-dekabr ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yerlərdədir.

Banker.az xəbər verir ki, ötən il “MKT İstehsalat Kommersiya” tərəfindən 88.8 milyon dollarlıq məhsul ixrac edilib.

“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22% azalıb. Şirkət 2022-ci ilin yanvar-dekabr ayında 113.3 milyon dollarlıq məhsul ixrac etmişdir.

Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər