28 C
Baku
Sunday, June 26, 2022

MM-də deputatın turizmlə bağlı fikirləri spikerin narazılığına səbəb olub

Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayevin turizmlə bağlı fikirləri spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub.

APA-nın məlumatına görə, E. Musayev ölkədə turizmin ən yaralı yer olduğunu deyərək, bu sahənin inkişaf etmədiyini bildirib.

O qeyd edib ki, ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır: “Turistləri ölkəyə cəlb etməliyik. Məsələn, dəfələrlə cənab prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradları səsləndirib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin və bu sahədə inkişaf olsun. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq, çünki turistlər Gürcüstan üzərindən uçuşlar edəcəklər”.

O. Əsədov isə deputata belə cavab verib: “Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol. Necə yəni ölkədə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”.

Son xəbərlər
Oxşar xəbərlər