MM-in işlər planına daxil edilən layihə yaz sessiyasında müzakirəyə çıxarılmayacaq

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən qanun layihələrindən biri sessiyada müzakirəyə çıxarılmayacaq.

Bu barədə parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi yaz sessiyasının qanunvericilik işləri planı daxil edilsə də sənəd üzərindəki işlər yekunlaşmadığına görə müzakirəyə çıxarılmayacaq.

Sənədin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.