-1 C
Baku
Thursday, February 9, 2023

MM-in komitə sədri: “Əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikdən 17-20 min vətəndaş faydalanacaq”

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər qəbul olunduqdan sonra ondan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklərdə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi kimi məsələlər yer alır

Son xəbərlər
Digər xəbərlər
X