22 C
Baku
Tuesday, April 23, 2024

MM-in komitəsində 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsinə başlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Banker.az xəbər verir ki, iclasda maliyyə naziri maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika komitəsinin sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak edir.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi daxildir.

Qeyd edək ki, bundan əvvəl komitədə Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri ilə 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı işgüzar, peşəkar və elmi müzakirələr aparılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər