17 C
Baku
Cümə, Oktyabr 22, 2021

MM-in vitse-spikeri yeniliklər üçün vaxt verilməsini istəyir

Əvvəllər cəmiyyət qarşısında sadəcə olaraq təmsil olunduğum regionun məsuliyyəti var idi. İndi isə dövləti xidmət məsuliyyəti də daşıyıram. Çalışacağam ki, mənə göstərilən bu etimadı doğruldum.

Banker.az xəbər verir ki, bu sözləri qxar.az-a Milli Məclisin bu gün keçirilən ilk iclasında MM-in sədr müavini seçilən Vətəndaş Həmrəyliyi Partiyasından olan deputat Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Milli Məclisdəki dəyişikliklərin hansı yeniliklərə səbəb olacağını görmək üçün səbir etmək lazımdır:

“Parlamentin rəhbərliyi tamamilə dəyişdi. Artıq parlamentdə yeni simalar, yeni insanlar var. Bu yeni simaların, yeni sədrlərin və müavinlərin hansı yeniliklər edəcəyini, inşallah, tezliklə görəcəksiniz. Bizə bunun üçün vaxt verməlisiniz”.

Sədr müavini müxalif bir partiya üzvünün ilk dəfə olaraq Milli Məclisdə sədr müavini vəzifəsinə gətirilməsini də bir barış nümunəsi adlandırıb:

“Bu, cəmiyyətə bir mesajdır, demokratiyanın təzahürüdür. Eyni zamanda, iqtidar-müxalifət münasibətlərində uğurlu bir addımdır. Hesab edirəm ki, bizdə də iqtidar-müxalifət münasibəti, digər sivil ölkələrdə olduğu kimi, normal rəqabət müstəvisindən kənara çıxmamalıdır. Ziddiyyət, bir-birinə qarşı aqressiv münasibət düşüncələrindən uzaq olmalıyıq. Bunun məhz Milli Məclisdən başlanması çox gözəl nümunə və böyük addımdır”.

Xatırladaq ki, Vətəndaş Həmrəyliyi Partiyasından olan deputat Fəzail İbrahimli Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

Son xəbərlər
Oxşar xəbərlər