Azərbaycanın Kubada yeni səfirliyi təsis edilir.
Azərbaycan Respublikasının Kuba Respubikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu layihəsi barədə məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.
Səfirlik Kubanın paytaxtı Havana şəhərində olacaq.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Kubada diplomatik nümayəndəliklə təmsil olunur







