15 C
Baku
Sunday, November 24, 2024

MMC-lər necə yaranıb? Onlar dünya tarixində dönüşü necə etdilər?

Ştadel aslanını xatırladan bu fiquru bütün dünyada avtomobillər, yük maşınları və motosikllər üzərində görmək olar – Parisdən Sidneyə qədər. Bu fərqlənmə nişanı Avropanın ən böyük avtomobil istehsalçısı Peugeot-un avtomobillərini bəzəyir. Bildiyimiz kimi, bu şirkət öz inkişafına Ştadel mağarasından 300 kilometr məsafədə yerləşən Valeninyi kəndində ailə biznesindən başlamışdır. Hazırda Peugeout-un dünya üzrə iki yüz mindən çox işçisi var və onların əksəriyyəti bir-birini tanımır. Lakin buna baxmayaraq, onları o qədər mehriban və səmərəli işləyirlər ki, 2008-ci ildə şirkət 1,5 miyondan çox avtomobil istehsal etdi və 55 milyard avro qazandı. 

Peugeot avtomobillərini ətrafımızdan istədiyimiz qədər görə bilirik, şirkətin özünü isə  – yox. Əgər Peugeot avtomobillərinin hamısını metallaloma göndərsək belə, Peugeot SA (şirkətin adı) yox olmayacaq. O, yeni avtomobillər istehsal etməyə davam edərdi. Qeyd edək ki, Peugeot SA zavodlar, avadanlıq, savadlı mexaniklər və mühasiblərə sahibdir. Bütün bu mülk və bütün bu insanlar Peugeot-u təşkil edir. Şirkətin rəhbərliyi və səhmdarları var. Bütün menecerlər işdən çıxarıla, səhmlər isə satıla bilər. Buna baxmayaraq, şirkət öz mövcudiyyətini yenə qoruyub saxlayacaqdır. 

Bu o demək deyil ki, Peugeot SA tamamilə toxunulmaz və ölümsüzdür. Əgər hakim şirkəti bağlamaq qərarını versə, zavodlar, menecerlər, səhmdarlar və işçilərə heç nə olmayacaq. Peugeot SA-nın fəaliyyəti dayandırılacaq. Bir sözlə, Peugeot SA-nın maddi dünyada kök atmayıb. 

Peugeot – kollektiv təxəyyülün yaratdığı uydurmadır. “Uydurma” dedikdə, yalnız bizim inamımız sayəmizdə mövcud olan bir şey nəzərdə tutulur. Hüquqşünaslar bu fenomeni “hüquqi uydurma” adlandırırlar. Burada maddi reallıq axtarmaq lazım deyil, lakin şirkət hüquqi şəxs olaraq mövcuddur. O, hesab açmaq və əmlaka sahib olmaq hüququna malikdir. O, vergi ödəyir və zərurət yarandıqda məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Peugeot hüquqi uydurmanın xüsusi növünə aiddir: “məhdud məsuliyyətli cəmiyyət”. Bu, bəşəriyyətin ən incə ixtirasıdır. Belə ki, min illər boyu Homo sapiens belə bir şey tanımırdı. Tarixin demək olar ki, bütün dövrlərində yalnız insanlar mülkə sahib ola bilərdi – ət və qandan olan, ayaqları üzərində möhkəm dayanan və müvafiq ölçüdə beyinə sahib olan. Əgər XIII əsrdə Fransada Jan adlı bir şəxs kareta istehsalına başlamaq istəsəydi, o və onun biznesi vahid varlıq kimi nəzərdən keçirilərdi. Onun istehsal etdiyi kareta bir həftədən sonra xarab olduğu təqdirdə, məmnuniyyətsiz qalan alıcı Janı mhkəməyə verərdi. Əgər Jan biznesə başlamaq üçün bütün qızıllarını satmalı olsaydı və nəticədə iflas etsəydi, o borclarını ödəmək üçün bütün mülkiyyətini satmağa məcbur olardı. Evini, inyəyini və bəlkə də doğma uşaqlarını. Belə ki, biznesin öz üzərində götürdüyü öhdəliklərə görə yalnız Jan məsuliyyət daşıyırdı. 

Həmin dövrlərdə biznesə başlamaq istəyən hər bir şəxs əvvəlcə yaxşı-yaxşı düşünməli idi, çünki belə bir hüquq sistemi sahibkarlığın inkişafına kömək etmirdi. İnsanlar biznes açmaqdan və bütün maliyyə risklərini öz üzərinə götürməkdən qorxurdular. 

Buna görə zamanla insanlar kollektiv təxəyyülün bu məhsulunu yaratdılar – Məhdud Məsuliyyətli Cəmiyyət. Qanuna görə, MMC onu quran insanlardan, habelə səmhdarlardan ayrıdır. Ötən əsrdən başlayaraq bu şirkətlər iqtisadiyyatda liderlik edirlər, biz buna öyrəşmişik və onların yalnız təxəyyül olduğunu unutmuşuq. ABŞ-da bu tip şirkətlərə “korporasiyalar” deyirlər, lakin bu terminin latınca “corpus” (bədən) sözündən yarandığını heç kim nəzərə almır. Amerikanın məhkəmə sistemi korporasiyalara hüququn subyekti olaraq yanaşır: bu mənada onlar ət və qandan olan insanlarla bərabər turulurlar. 

1896-cı ildə valideynlərindən metallurgiya zavodunu miras almış Arman Pejo avtomobil istehsalını qurmaq üçün MMC açmaq qərarına gəldi və Fransa məhkəməsi bu ideyaya dəstək oldu. Arman Pejo ona öz adını versə də, şirkət təsisçidən müstəqil olaraq fəaliyyət göstərirdi. Təzə alınan maşın xarab olduqda, alıcı birbaşa şirkətin özünü məhkəməyə verməli idi. Və əgər şirkət müflis olsaydı, Arman Pejo kreditorlara bir frank belə borclu olmazdı. Qeyd edək ki, Arman Pejo 1915-ci ildə vəfat edib, şirkət isə hələ də mövcuddur. 

Bəs Arman Pejo qanuni olaraq Peugeot şirkətini necə yarada bildi? Əslində, keşişlər tanrıları yaratdıqları kimi: bu möcüzənin mərkəzində insanların inandığı və qəbul etdiyi uydurma dayanır. Katoliklər kilsəsində olan keşiş xüsusi geyimdə, təntənəli şəkildə əvvəlcədən müəyyən olunmuş sözləri söylədikdə, xəmir və şərab İsa peyğəmbərin ət və qanına çevrilir. Rahib deyir: “Hoc est corpus teit” (“Bu mənim bədənimdir!”) və fokus-pokus – adi əşyalar müqəddəs olur. 

Peugeot SA üçün əsas süjet Fransa parlamentinin qəbul etdiyi qanun idi. Fransa qanunları baxımdan, lisenziyası olan vəkil bütün ritualları düzgün ardıcıllıqda yerinə yetirsə və bütün qaydaları xüsusi olaraq tərtib edilmiş vərəqdə yazsa, fokus-pokus baş verəcək və yeni şirkət yaranacaq. 1896-cı ildə Arman Pejo şirkət yaratmağa qərar verəndə, o dediyimiz bu müqəddəs rituallara görə vəkilə pul vermişdir. Vəkil hər şeyi yerinə yetirdiyi və lazım olan sehirli sözləri söylədiyi üçün, milyonlarla Fransa vətəndaşı Arman Pejo və Peugeot SA-nı bir-birindən ayrı şəkildə mövcud olduğuna inandı. 

Qeyd edək ki, inandırıcı süjet yazmaq o qədər də asan iş deyil. Məhz buna görə keşişlər tanrılar, ruhlar və digər müqəddəs varlıqların imkanlarını, kaprizlərini və istəklərini yaxşı  bilirdilər. Məsələn, quraqlıq zamanı yağış Allahını çağırmaq istəyən biri, ilk növbədə hansı tanrının bu işdə məsuliyyət daşıdığını bilməli idi. Məsələn, dəniz və ya külək tanrısından yağış istəmək mümkündür, yoxsa onların hər birinin öz öhdəlikləri vardır? Buna oxşar olaraq, hüquqşünas da MMC-nin hüquq və öhdəliklərində baş açmalıdır. Sahibkarlıq ilə məşğul olan hüquqşünqaslar hər gün bu cür hekayələri araşdırır, həmkarları ilə müzakirə edir və korporasiyanın müəyyən tələblərə cavab verib-vermədiyinə dair qərar qəbul edir. Məsələn, MMC müharibələrdə iştirak edə, hər hansı əraziyə sahib ola və ya müəyyən sahəni inhisarlaşdıra bilərmi?

 

Son xəbərlər
Digər xəbərlər