10 C
Baku
Friday, October 25, 2024

Şirkət Vergilər Nazirliyi ilə 3,7 milyon manatlıq müqavilə imzaladı

Vergilər Nazirliyi Keçirilmiş Tender komissiyası bağlanmış müqavilə ilə bağlı açıqlama verib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi keçirilmiş açıq tenderlərin nəticələri üzrə 1 dekabr 2017-ci il tarixdə “Caspel” MMC ilə avadanlıq və proqram təminatlarının satın alınmasına dair 3,7 milyon manat məbləğində müqavilə imzalayıb. Bundan əlavə, 4 dekabr 2017-ci il tarixdə “HALAL-P” MMC ilə kartriclərin satın alınmasına dair 106 min manat məbləğində satınalma müqavilələri bağlayıb.

Qeyd edək ki, Nazirlik 08.10.2017-ci il tarixində “Azərbaycan” qəzetinin  açıq tenderlərlə bağlı elan yerləşdirmişdi.

Xatırladaq ki, “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin Azərbaycan ərazisində İT tətbiqi sahəsində fəaliyyət göstərir. Şirkət bundan öncə, İqtisadiyyat Nazirliyi, Kən Təsərufat Nazirliyi və bir neçə dövlət qurumu və banklarla bu növ müqavilələr bağlayıb.

Son xəbərlər
Digər xəbərlər