Vergilər Nazirliyi Keçirilmiş Tender komissiyası bağlanmış müqavilə ilə bağlı açıqlama verib.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi keçirilmiş açıq tenderlərin nəticələri üzrə 1 dekabr 2017-ci il tarixdə “Caspel” MMC ilə avadanlıq və proqram təminatlarının satın alınmasına dair 3,7 milyon manat məbləğində müqavilə imzalayıb. Bundan əlavə, 4 dekabr 2017-ci il tarixdə “HALAL-P” MMC ilə kartriclərin satın alınmasına dair 106 min manat məbləğində satınalma müqavilələri bağlayıb.
Qeyd edək ki, Nazirlik 08.10.2017-ci il tarixində “Azərbaycan” qəzetinin açıq tenderlərlə bağlı elan yerləşdirmişdi.
Xatırladaq ki, “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin Azərbaycan ərazisində İT tətbiqi sahəsində fəaliyyət göstərir. Şirkət bundan öncə, İqtisadiyyat Nazirliyi, Kən Təsərufat Nazirliyi və bir neçə dövlət qurumu və banklarla bu növ müqavilələr bağlayıb.