7 C
Baku
Saturday, February 7, 2026

MN: Dünən axşam mövqelərimiz atəşə tutulub

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirikdən bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
Digər xəbərlər