24 C
Baku
Thursday, April 18, 2024

MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölənlər və yaralananlar var

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var”.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

Son xəbərlər
Digər xəbərlər