9 C
Baku
Wednesday, November 13, 2024

Mobil bankın 35 yaşlı sahibi Rusiyanın yeni dollar milyarderi olub

35 yaşlı biznesmen Nikolay Stronski Rusiyanın yeni dollar milyarderi olub. O, “Forbes”də 199-cu yerdə qərarlaşıb.

Bildirilir ki, “Qazprom”un top-menecerinin oğlu olan Stronski əsas kapitalını “Revolut” şirkətinin hesabına toplaya bilib. Şirkətdə 30 faiz səhmə malik olan gənc 1,6 milyard dollar sərvətə sahibdir.

Qeyd olunur ki, “Revolut” 2015-ci ildə Böyük Britaniyada Nikolay Storonski və Vlad Yatsenko tərəfindən təsis edilib. O, xarici valyutada tez-tez alış-veriş edən turistlərə və xaricilərə xidmət göstərmək üzrə ixtisaslaşıb. Ödəniş zamanı valyutaları konvertasiya edərkən qənaət etməyə imkan verən xəritə və tətbiqetmə yaradılıb. Kart müxtəlif valyutadakı onlarla hesaba bağlanır və müvafiq hesabda ödənişin aparıldığı valyuta yetərli deyilsə, konversiya banklararası məzənnədəki digər hesabdan alınır.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər