1 C
Baku
Monday, February 26, 2024

Mobil cihazlar üçün BakıKart mobil tətbiqi istifadəyə veriləcək

“BakıKART” ödəniş sistemində əlavə funksionallığın tətbiq edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə artıq “BakıKART” balansının onlayn artırılması yenilənmiş www.bakikart.az saytı vasitəsilə həyata keçirilir. Bunun üçün istifadəçilərdən “QEYDİYYAT” bölməsinə daxil olub qeydiyyatdan keçmələrini xahiş edirik. Online.bakikart.az saytında hesabları olan istifadəçilərin də həmçinin qeyd olunan qaydada qeydiyyatdan keçmələri xahiş olunur.

Banker.az BNA-ya istinadən xəbər verir ki, yenilənmiş portal vasitəsilə BakıKart portalında olan elektron pul kisəsinə yükləmə, BakıKart kartlarının balansının artırılması, yükləmələrin tarixçəsinin izlənilməsi kimi funksiyalar təmin edilib.

Bundan başqa, İOS və Android əməliyyat sistemlərində işləyən mobil cihazlar üçün fevral ayı ərzində BakıKart mobil tətbiqi istifadəyə veriləcəkdir. Veb portal və mobil tətbiq vahid hesab əsasında fəaliyyət göstərəcək. Mobil tətbiq istifadəyə verilməklə QR bilet vasitəsilə ödənişin tətbiq edilməsi də nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər