21 C
Baku
Tuesday, April 16, 2024

Mobil internet paketlərinin qiyməti bu aydan artırılır? – Araşdırma

Azərbaycanda mobil internetin dekabrın əvvəllərindən başlayaraq bahalaşdırılacağı deyilir. Bu bahalaşma 30% olacağı bildirilmişdi.

Bahalaşmaya səbəb nə gətiriləcək hələ ki o da bəlli deyil. Lakin, bəlli olan bir şey varkı Azərbaycanda internet qonşu ölkələrin əksəriyyətindən bahadır və əsas isə hazırda 4G (LTE) şəbəkəsini tam olaraq hər yerdə (hətta şəhərin bir çox hissəsində) almaq mümkün deyil.

Banker.az olaraq, bu dəfə  3 operator arasında bölünmüş bu bazarda kimlərin hansı tariflərlə internet tarifinin təqdim etdiyini araşdırdıq.

Azərbaycanda 3 mobil operator özlərini hər reklam kampaniyalarında “ən sərfəli” kimi təqdim etsələr də ən çox tələbat olan standart internet tarifləri (məsələn, 1 və 10GB arası) demək olar ki, eynidir. Söhbət, daha çox istifadə olunan fakturasız abunəçilər üçün olunan təkliflərdən gedir.

Lakin, aşağı seqmenti internet tarifləri baxımında təminetmədə “Nar mobile” bir qədər sərfəli kimi görünür. Misal üçün, eyni şərtlərlə 1 manata “Azercell” və “Bakcell”də standart internet tarifi 50GB hesablandığı halda “Nar”da bu 60 MB təşkil edir. Eləcə də 3 manatlıq paketlərdə də “Nar” digər rəqiblərindən  20% daha çox MB istifadə təklif edir.2

Əksər operatorlar müəyyən paketlə internet tarifini müştəriləri üçün daha həvəsli etməyə çalışırlar. Əgər paketsiz internetdən yararlanmaq istəsəniz o zaman paketdən bir qədər baha istifadə etməli olacaqsınız – hətta “Bakcell” bunu mümkünsüz edib yalnız paketlə interneti mümkün edir. “Azercell” 1 MB internet tarifi üçün 5 qəpik təklif etdiyi halda bu “Nar”da seçilmiş tariflərdən asılı olaraq 20-29 qəpik qiymətinə müştərilərə təqdim edir.

1Digər maraqlı məqam isə mobil operatorların 5 GB-lıq internet paketini eyni qiymət, yəni, 10 manata satmasıdır. Yeri gəlmişkən bu paket ən çox satılanlar kateqoriyasına aid edilir.

3

10 manatdan yuxarı tariflər üzrə “Azercell” iki, “Bakcell” bir və “Nar” isə 3 tarif paketi təqdim edir. Siyahı belədir:

4

Bəs qonşularda mobil interneti neçəyə satılır?

Daha yaxına gedib Gürcüstandakı qiymətlərə nəzər salaq. Bu ölkədə ən baha olduğu halda belə 4-5GB 10 lariyə (manatla hazırkı məzənnə ilə ifadədə 5-6 manata təqdim edilir).  Rusiyada Azərbaycandakından fərqli olaraq mobil operatorlar eyni qiymətə çox böyük fərqlə internet paketləri təqdim edirlər. Lakin, eyni tariflə 250-300 rubla ( 7-8 manata) internet tarifi tapmaq mümkündür. Qazaxıstanda da 5GB 1 490 təngə (6,6 manat) təşkil edir.

Son xəbərlər
Digər xəbərlər