Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 354.9 milyon manatlıq xidmət göstərib ki, bunun da 75%-i əhaliyə aid olub.
Banker.az Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.5% azdır.
Yanvar-fevral aylarında gələn gəlirin 79.7 %-i qeyri-dövlət sektorunun payına düşüb, 40.9 %-i və yaxud 145 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.