“Nar Mobile”və “Bakcell” mobil operatorunun müştəriləri bu gün problemlə qarşılaşıblar.
Bu barədə istifadəçilər sosial şəbəkə hesablarında məlumat veriblər.
Bildirilir ki, internet və dalğa tamamən yoxa çıxıb. Abonentlər bir-birilərinə zəng edə və ya zəngləri qəbul edə bilmirlər.
Hər iki şəbəkədə başlayan nasazlıq hələ də davam edir.
Hələlik probelmin səbəbləri bəlli deyil.
Yenilənib (19:40):
Bakcell və Nar operatorları şəbəkədə yaranan problemin texniki nasazlıqla bağlı olduğunu bildirib.
Hər iki şirkət problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını açıqlayıb.