11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Mobil rabitə operatorlarının gəlirləri açıqlandı

Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi bu ilin ilk 8 ayında 638.1 mln. manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% artıb.

Bu ilin yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri tərəfindən 1499.8 mln. manatlıq xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri 6% artıb.

Son xəbərlər
Oxşar xəbərlər