25 C
Baku
Saturday, July 27, 2024

Mobil rabitə sektorunun gəlirləri açıqlanıb – çox cüzi artım var

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 300.9 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib ki, mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artıb.

Cari ilin ilk yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri tərəfindən 716.2 milyon manatlıq xidmət göstərilib. Xidmətlərin 75,2%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 3.8% artıb.

Son xəbərlər
Digər xəbərlər