6 C
Baku
Sunday, December 15, 2024

Mobil smartfonlarla elektron sənəd imzalayamaq mümkün olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəsinin Milli Sertifikat Xidmətləri Mərkəzi daha bir yenilik edib. Milli Sertifikat Xidmətləri Mərkəzi elektron imza kartlarından istifadə edərək mobil imza həllərinin tətbiqinə başlamışdır.

Vətəndaşlar elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya və Elektron hökumət portalına (www.e-gov.az) elektron imza ilə autentifikasiyadan keçərək daxil ola biləcəklər.

Hazırlanmış proqram təminatı vasitəsilə elektron sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin imza sertifikatları ilə hər bir sənədə imza edilən zaman yoxlama imkanı mövcuddur. Proqram təminatı 3 dildə fəaliyyət göstərir.

İstifadəçiyə imzaladığı sənədlərin siyahısnı proqram təminatı vasitəsilə idarə etmək imkanı yaradılmışdır. Eyni zamanda mobil cihazların texniki imkanlarından (Bluetooth, WIFI, Email və s.) istifadə edərək istifadəçilər imzalanmiş elektron sənədləri istədikləri yerə göndərmə imkanına malik olacaqlar. Təqdim edilən mobil imza proqram təminatı Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulub. Hazırda İOS əməliyyat sistemində istifadə üçün işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər