-1 C
Baku
Friday, February 21, 2025

Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin sayının artırılmasını planlaşdırır.

Bunu DVX-nın rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin sayı və funksionallığı artırılacaq: “Hazırda mövcud olan 70-dən çox elektron xidmətin daha da genişləndirilməsi, xüsusilə mikro və kiçik sahibkarlar üçün vergi əməl etmə prosesinin daha da sadələşdirilməsi planlaşdırılır.

Bunlar arasında mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin artırılması, vergi bəyannamələrinin öncədən doldurularaq vergi ödəyicilərinə təqdim edilməsi, vergi ödəyicilərinin risklər barədə vaxtında məlumatlandırılması kimi yeniliklər var. Həmçinin sahibkarların işlədikləri digər vergi ödəyicilərinin potensial vergi riskləri barədə əvvəlcədən məlumatlandırılması kimi preventiv yanaşmalar tətbiq ediləcək. Bunun hesabına gələcək vergi nəzarəti tədbirləri zamanı ciddi maliyyə sanksiyalarından kənarda qalacaqlar”.

S. Musayeva qeyd edib ki, bu yeniliklər bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların potensial vergi pozuntularından əvvəlcədən xəbərdar edilməsinə imkan verəcək, digər tərəfdən isə vergi orqanlarının fiskal dayanıqlığı təmin etməklə bağlı funksiyalarını daha effektiv yerinə yetirməsinə kömək edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər