11 C
Baku
Wednesday, November 13, 2024

Mobil telefon və noutbukların enerji ilə düzgün təmin edilməsi

1. Portativ qurğuların ilk modellərində nikeldən hazırlanmış batareyalar istifadə olunurdu və bu zaman enerjinin tam yığılması və boşaldılması mütləq idi. Lakin hazırda müasir telefon və noutbuklarda litium-ion batareyalardan istifadə olunur və onlarda belə bir problem yoxdur.

2. Belə bir batareyadan düzgün şəkildə istifadə etsəniz onun istifadə müddətini artıra bilərsiniz. Bunun üçün batareyanın bütünlüklə enerjisinin bitməsini gözləmək tövsiyyə olunmur. Batareyanın enerjisi bitmədən onu mütəmadiyən enerji ilə təmin etmək cihaz üçün faydalıdır.

3. Cihazın enerji ilə təmin edilməsi üçün ən optimal variant 40 faizdən 80 faiz çərçivəsindədir. Əgər noutbukunuzu artıq 100% enerji ilə təmin edilibsə onu artıq enerji qovşağından çıxarmaq lazımdır.

4. Qaydalara əsasən, noutbuklarda qalan enerji ehtiyatı faizlə göstərilir, lakin mütəmadi olaraq cihazın qısa fasilələrlə doldurulmasından sonra bu funksiya düzgün işləməməyə başlayır. Buna görə də, hər ay noutbukun enerjisinin tam sıfıra düşməsini gözləmək və bundan sonra onu 100%-lik enerji ilə təmin etmək lazımdır.

5. Heç bir halda batareyanın qızmasına imkan verməyin. Bu batareyanın gücünə mənfi təsir göstərir.

6. Bir şeyi yadda saxlamaq lazımdır ki, litium-ion batareyalar üçün belə məhdudiyyətlər yoxdur. Mobil telefonunuzun enerjisinin sıfıra düşməsi ilə heç bir qorxulu hadisə baş verməyəcək, uzun səfərdən öncə isə noutbukunuzu 100%-lik enerji ilə tmin edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər