2 C
Baku
Sunday, December 15, 2024

Mobil telefonlar ucuzlaşacaq?

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi bu gün Milli Məclisin iqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

Dəyişikliyi şərh edən deputat Vüqar Bayramov deyib ki, bu, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılmasını nəzərdə tutur.

Deputatın sözlərinə görə, dəyişikliklər sosial xarakter daşıyır:

“Belə ki, qeydiyyata alınmasına görə rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manatdan 70 manata və bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata endirilməsi nəzərdə tutulur.

Bu o deməkdir ki, dəyişikliklər qəbul olunandan sonra bahalı mobil telefonlar üçün qeydiyyat rüsumu 150 manat deyil, 100 manat olacaq. Qiyməti ucuz olan telefonlar üçün daha aşağı rüsumlar ödəniləcək. Bu, mobil telefonların maya dəyərini müəyyən qədər azaltmaqla yanaşı, vətəndaşların da xərclərinin azalmasına gətirib çıxaracaq”.

Son xəbərlər
Digər xəbərlər