21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Mobil telefonların bahalaşması Azərbaycan əhalisini “qorxutmur”

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan xaricdən idxal etdiyi mobil telefonların idxalını kəskin artırıb. İndi ölkənin xaricdən idxal olunan 3-cü ən böyük tələb olunan məhsuludur.

Banker.az xəbər verir ki, ilin ilk yarısında xaricdən Azərbaycana 815 202 ədəd mobil telefon idxal edilib ki, bunun da dəyəri 125.18 mln. dollardır. 2029-cu ilin müvafiq dövründə bu göstərici 581 046 ədəd (68.79 mln. dollar), 2020-ci ildə isə 623 716 ədəd (85.76 mln. dollar) idi.

İdxal olunan telefonların illik müqayisədə miqdar baxımdan 31%, dəyər baxımdan isə 46% artım dinamikası gözə çarpır. Dəyərdəki artımın daha çox olmasına səbəb isə, idxal olunan  mobil telefonların daha baha qiymətə gəlməsidir.

2020-ci ilin birinci yarısında ortastatistik olaraq bir telefon 137 dollara başa gəldiyi halda, 2021-ci ilin  müvafiq dövründə isə 154 dollar olmuşdur. İllik müqayisədə 124% artım (24% bahalaşma) indeksidir.

Mobil telefonların 462 035 ədədi (67.42 mln. dolları) Çindən, 286 818 ədədi (44.47 mln dolları) Vyetnamdan və 64 091 ədədi Hindistandan (12.87 mln. dolları) idxal olunub.

Daha bir fakt ondan ibarətdir ki, hazırda ölkəyə valyuta axının əsas səbəbkarı tibbi məhsullar, ikinci 1.5-3 litr həcmli benzin mühərrikli minik avtomobillərindən sonra üçüncə ən böyüyü mobil telefon olaraq qalır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər