6 C
Baku
Sunday, December 15, 2024

Mobil texnologiyaların biznesə təsiri

Müəllif: Elnur Quliyev

Mobil texnologiyaların müsir biznes sisteminə edə biləcəyi təsiri 15-20 il qabaq təssəvvür etmək belə çox çətin idi. Hazırda isə elə biznes sahəsi çətin tapmaq olar ki, orda mobil texnologiyadan istifadə edilməsin. Bu səbəbdən istərdim ki, bu məqalədə mobil texnologiyanın biznesə təsirini və verdiyi üstünlüklərini bir-birindən fərqli sektorlar üzrə nəzərdən keçirək.

  Ticarət

     Praktiki olaraq istənilən fəaliyyət sahəsində  xüsusi əhəmiyyətə çevrilməkdə olan əsas amillərədn biri – vaxtında verilmiş düzgün qərarlardır. Mobil texnologiyalar istənilən vaxtda və istənilən yerdən biznes prosesə opertiv nəzarət etməklə  düzgün qəararlar verməyi imkan verir.

      Heç bir məşhur bred və ya iri ticarətlə məşgul olan şirkətin biznesini mobil saytsız təsəvvür etmək mümkün deyil. Mobil saytlar şirkətlərə öz müştəriləri bazasına  məhsulları haqqında informasıyanı zaman və məkan məhdudiyyəti olmadan operativ çatdırmaq imkanı yaradır.  Smartfonlar  alış-veriş prosesi haqqında ənənəvi fikir sərhədlərini artıq keçiblər. Buna misal olaraq,  Amazon.com-un bu yaxınlarda istifadəyə verdiyi TextBuyIt xidmətini göstərmək olar ki, bu xidmət vasitəsi ilə  birbaşa smartfondan məhsulları SMS vasitəsilə almaq imkanı yaradır.  Həmçinin, Starbucks Card Mobile App xidməti  olan smartfon  istifadəçiləri qəhvələrini nagd pul ödəmədən hesablaşa bilirlər.

     Mobil internet və smartfonlar şirkətlərə daha səmərəli fəaliyyət göstərməyə, opertiv qərarların verilməsinə və ümumilkdə biznes prosesə fasiləsiz  nəzarət etmək üçün optimal imkan yaradır.

Bank sektoru

      Mobil texnologiyaların inkişafı bank sektorunun işinə də müsbət təsir etməkdədir. Bu inkişaf imkan verir ki, banklar öz müştərilərinə daha keyfiyyətli, opertiv və fasiləsiz xidmət göstərsin. Mobil bankinq xidmətindən istifadə etməklə insanlar birbaşa smartfonla banka gəlmədən onlayn kredit ödəyir, komunal ödənişlər və pul küçürmələrini  həyəta keçirir. Hesab üzrə keçirilən hər bir əməliyyat isə “sms xəbərdarlıq” vasitəsilə bank tərəfindən məlumatlandırılır. İndiki dövrdə bu artıq çoxları üçün yenilik sayılmır.

     Bir çox banklar isə mobil texnologiyanın imkan verdiyi yenilikləri tətbiq etməklə innovativ xidmət və məhsullarını təqdim edərək öz müştəri bazalarını artırırlar.  Buna misal olaraq, Braziliyanın Bradesco bankı ilk dəfə olaraq müştərilərinin bank hesablarını onların avtomobilləri ilə əlaqələndirməklə avtomobilin ödənişli dayanacaq və ya yola keçdiyi halda avtomatik olaraq ödənişi birbaşa hesabdan ödəməyi imkan verən xidməti yaratmışdır. US Bankı “ağıllı” lampalar üçün APİ proqram təminatı təklif edib ki, bununla müştərinin bank hesabında baş verən istənilən dəyişikliklər  baş verdiyi halda lampalar avtomatik yanacaqdır. Yeni Zellandiyanın ASB bankı isə uşaqlar üçün elektron pulları real formada yığmağa imkan verən “Clever Cash” adlı  rəqəmsal pul yığanı təqdim etmişdir.

     Mobil texnologiyaların inkişaf tempinin sürətlənməsi və  bütün bank xidmətlərinin gələcəkdə internetə qoşulması  banklarla müştərilər arasındakı münasibətlərə radikal dəyişikliklərlə müşhaidə olunacaq. Bu zaman bankların uğuru onların yeni dəyişikliklərə hansı formada hazır olmasından aslı olacaq.

     “The Financial Brand”-ın apardığı araşdırmaya əsasən 2015-ci ilin Dünya İqtisadi Formunda 800-dən çox  bank rəhbərləri və müstəqil ekspertlər arasında sorğu keçirilmişdir.  Sorğuya əsasən ekspertlərin 90%-nin 2025-ci ilə qədər gözləntiləri aşağıdakı kimidir:

  1. Dünya əhalisinin 90%-i smartfonlardan istifadə edəcək;
  2. Smartfon istifadəçilərnin 81%-nin internetə çıxışı olacaq;
  3. Məişət istifadə edilən texnika və avadanlığın 50%-i internet üzrərindən işləyəcək;
  4. Dünya əhalisinin 10%-i internetə qoşulmuş geyimlər geyinəcəklər;
  5. Oxumaq üçün istehasal edilən eynəklərin 10%-nin internetə çıxışı olacaq.

     Dünyanın  ən məşhur audit şirkətlərindən biri olan “Deloitte” öz hesabatında mobil texnologiyanını biznesdə təkcə əməliyyat hissəsinə deyil, həmçinin marketinq, kommersiya, informasiya kanalları və idarətmə proseslərinin təşkil olunmasında böyük rolu olduğunu açıq şəkildə bəyan etmişdir.

Reklam

       Mobil texnologiyalar hazırda reklam istehlakçılarının həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Mobil reklamlar böyük reklam bazarının kiçik hissəsini təşkil etməsinə baxmayaraq kiçik və orta ölçülü şirkətlər arasında mobil reklamlar  getdikcə daha çox populyarlaşır.  “Internet Advertising Bureau”-un  dünyanın 300 marketoloqu arasında keçirdiyi sorğu nəticəsində məlum olmuşdur ki, onların 74%-i yaxın iki il ərzində mobil reklam budcələrini artırmaq niyyətindədir.  Reklam şirkətləri  mobil texnologiya sayəsində reklam sektorunda yeni layihlər yartmaqla işlərini daha effektiv etməyə çalışır. Məsələn,  GPS vasitəsilə hər hansi bir restoranın ən yaxın istehlakşılarını aşkar edib reklam mesajlarını göndərmək mümkündür.

 Istehsalat

      On beş il əvvəl istehsal ilə məşğul olan şirkətin əməkdaşı avadanlığın yoxlanması və məhsul keyfiyyətinə nəzarət zamanı qələm və kağızdan istifadə etməli idi. Bu isə öz növbəsində kifayət qədər zaman almaqla yanaşı yüksək dəqiqlik tələb edirdi.  İndi isə işçi həmin işi iPad və ya smartfon vasitəsi ilə istehsalatda təhlükəsizlik qaydalarına əməl etməklə daha dəqiq və operativ edə bilir.  Hazırda müxtəlif sektordan olan şirkətlər öz məhsulları ilə rəqibləri üzərində üstünlük əldə etmək üçün istehsalatda mobil texnalogiyanı tətbiq etməklə biznes proseslərinin keyfiyyətini və təhlükəzliliyini artırmağa çalışırlar.

Məsələn, Eaton şirkəti (enerjinin idarə edilməsi) ilk dəfə olaraq Powertrac adlı mobil proqram təminatı hazırlayaraq GPS və internet vasitə maşın və avadanlıqların yerini, hərəkət mexanizmini və istesalatda ehtimal edilən sənaye qəzalarının baş verməsi zamanı operativ nəzarətini həyata keçirir.

       Mobil texnologiyaların tətbiqi istehslatda təkcə təhlükəsizliyin təmin olunması deyil,  həmçinin texnoloji prosesləri sadələşdirməklə vasaitlərə qənaət etmək  imkan verir.

Son xəbərlər
Digər xəbərlər