8 C
Baku
Thursday, December 12, 2024

“MobileCoin” kriptovalyutası $1 mlrd. qiymətləndirmə ilə $66 mln. cəlb edib

“MobileCoin” kriptovalyutası 1 milyard dollar qiymətləndirmə ilə 66 milyon dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, investorlar arasında “General Catalyst”, “Future Ventures” və başqaları olub.

Vəsaitlər “chat-bot” sisteminin və steyblkoinin yaradılmasına xərclənəcək. Verilən məlumata görə, platforma 2018-ci ildə 30 milyon dollar daxil olmaqla ümumilikdə 107 milyon dollar toplayıb.

“MobileCoin” telefonla “ani əməliyyatlar” həyata keçirmək üçün nəzərdə tutulub və ödənişlər zamanı məxfiliyi qorumaq məqsədini daşıyır. 2021-ci ilin aprelində platformaya messencer quraşdırılıb.

Yaradıcıların sözlərinə görə, “MobileCoin” bitkoinlə müqayisədə daha ekolojidir, çünki onun istehsalı üçün daha az enerji xərclənir. Hal-hazırda şirkətdə 40 nəfər çalışır.

“TechCrunch”ın məlumatına görə, “MobileCoin” həqiqətən daha təhlükəsiz və etibarlıdır.

Son xəbərlər
Digər xəbərlər