Bazar ertəsindən başlayaraq “Tesla” şirkəti 75 Vts həcmli akumulyator batareyaları ilə təchiz edilən “Model S” və “Model X” modelləri üçün sifariş qəbulunu dayandırır.
Banker. az xəbər verir ki, bunu şirkətin təsisçisi və başçısı İlon Mask deyib.
Onun sözlərinə görə, bu versiyalar istehsaldan çıxarılır və onları əldə etmək istəyənlər bunu bazar gününə kimi etməli olacaqlar. Bundan sonra “Model S” və “Model X”in baza modelləri 100 Vt\s həcmli akumulyator batareyaları ilə təchiz ediləcək.
Mask onu da əlavə edib ki, “Tesla” elektrikli avtomobilləri aktiv avtopilotla hər 4,7 mln. km-dən, sönülü halda isə 2,5 mln. km-dən bir qəzaya düşür.
©Finans.az