15 C
Baku
Friday, March 29, 2024

Modelyer Patrik-Lui-Vitton dünyasını dəyişib

“Louis Vuitton” brendinin qurucusunun nəticəsi modelyer Patrik-Lui-Vitton 68 yaşında Fransada vəfat edib. Bu haqda dəb evinin “Instagram” səhifəsində məlumat verilib.

Patrik Lui 1973-cü ildə ailə ənənəsini davam etdirməyə başlayıb. “Onun təcrübəsi və işinə qarşı ehtirası, səyahət sənətinə yeni miras gətirdi”, -mesajda deyilir.

“Louis Vuitton” ticarət evi Lui Vitton tərəfindən 1854-cü ildə təsis edilmişdir. Əvvəllər şirkət çamadanlar və səyahət çantaları istehsalı sahəsində ixtisaslaşmışdır. Lui Vittonun ölümündən sonra onun işini uşaqları davam etdirdilər, bu günə qədər brend dəb aksessuarları istehsal edir. 

Son xəbərlər
Digər xəbərlər