“Modern Group”a məxsus şirkətin rəhbəri dəyişib

“Modern Group of Companies” MMC-yə məxsus “Alyans Tekstil” MMC-nin direktoru Cahangir Hüseynov vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, şirkətə rəhbərlik Nəriman Hüseynliyə həvalə olunub.

Xatırladaq ki, “Alyans Tekstil” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkət işçi və xüsusi geyimlərin istehsalı, iş ayaqqabıları və fərdi mühafizə vasitələrinin satışı ilə məşğuldur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər