Azərbaycanda bir neçə şirkətlərə sahib olan “Modern” şirkətlər qrupunun baş icraçı direktoru dəyişib.
Banker.az xəbər verir ki, bu, Mətləb Vəliyev Zaman oğludur.
“Modern Group of Companies” MMC-nin 2019-cu ildən bu tərəfə bu şirkətə Mehman Veisalov rəhbərlik edirdi.
Mətləb Vəliyev həmçinin şirkətin sturukturunda olan “MPay” QSC-nin rəhbəri idi və bundan öncə isə “Meqa Sığorta” ASC-nin rəhbərliyində çalışıb.
“Modern Group of Companies” MMC 2011-ci ildə qurulub, ona aşağıdakı şirkətlər daxildir:
- Az-Granata MMC
- Modenis MMC
- Modern Hospital
- Great Motors
- Mineral Sular MMC
- Alyans Tekstil
- Agsu Aqropark QSC