10 C
Baku
Wednesday, December 11, 2024

“Moderna” COVID-19 vaksininin tərkibinin artırılmasını təklif edir

ABŞ-ın koronavirusa qarşı peyvənd istehsal edən “Moderna” əczaçılıq şirkəti hər flakondakı preparatın tərkibini 1,5 dəfə artırmağı təklif edir.

TASS xəbər verir ki, bu barədə açıqlamanı şirkətin prezidenti Stiven Houq verib.

Onun sözlərinə görə, hazırda bir flakonda peyvənd dozası miqdarında məhdudiyyətlər olduğu üçün onun istehsalı yavaşlayır. “Şirkətin gündəlik 1 milyon doza istehsalına yaxınlaşdığını nəzərə almaqla istehsalı yavaşlayan amilləri aradan qaldırmaq üçün flakonlara daha çox preparat əlavə etməyi, onun tərkibinin indiki 10 dozadan 15 dozaya qədər artırılmasını təklif edirik”, – “Moderna” prezidenti söyləyib.

S.Houq bu təşəbbüsün ABŞ Səhiyyə və Sosial Xidmətləri Nazirliyi yanında qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə cavabdeh olan Qida və Dərman Agentliyinin (FDA) rəhbərliyi tərəfindən təsdiq tələb etdiyini vurğulayıb. Ötən cümə CNBC telekanalı mənbələrinə istinadən “Moderna”nın nəzarət orqanına müvafiq təkliflə müraciət etdiyini bildirmişdi.

FDA dekabrda “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış COVID-19 peyvəndini təsdiqləmişdi. Həmçinin sonradan “Moderna”nın istehsal olunan peyvənd də sertifikatlaşdırılmışdı. Peyvənd artıq tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər