8 C
Baku
Friday, December 13, 2024

“Moderna” gələn il 3 milyard doza vaksin istehsal etməyi planlaşdırır

Amerikanın “Moderna” kompaniyası 2022-ci ildə koronavirus əleyhinə vaksin istehsalını artıraraq 3 milyard dozaya çatdırmaq niyyətində olduğunu elan edib.

Bunu korporasiyanın Baş direktoru Stefan Bansel bildirib. Onun sözlərinə görə, “Moderna” kompaniyasının ABŞ və Avropadakı, o cümlədən İspaniya, Fransa, Belçika və İsveçrədəki investisiyaları peyvənd istehsalının artırılmasına imkan verəcək.

Bununla yanaşı, İsveçrədə yerləşən “Lonza” tərəfdaş kompaniyasında istehsal gücünü iki dəfə, İspaniyadakı “Rovi” kompaniyasında isə iki dəfədən çox artırmaq, həmçinin “Moderna” kompaniyasının ABŞ-dakı müəssisələrində 50 faiz daha çox peyvənd istehsal etmək planlaşdırılır.

“Moderna” eyni zamanda 2021-ci ildə əvvəlcə planlaşdırılandan (800 milyon doza) daha çox (1 milyard doza) peyvənd istehsalına nail olmaq niyyətindədir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər