7 C
Baku
Sunday, December 15, 2024

“Moderna” şirkəti peyvəndinin təcili olaraq istifadəsi üçün sorğu göndərib

Amerikanın “Moderna” şirkəti peyvəndinin təcili olaraq istifadəsi üçün ABŞ-ın Qida və Dərman İdarəsinə (FDA) sorğu göndərib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin “Twitter” səhifəsində deyilir.

Verilən məlumata görə, sorğuya dekabrın 17-də baxılacaq. Xatırladaq ki, daha əvvəl şirkət Covid-19 peyvəndinin 94,1%, ağır hallarda isə 100% təsirli olduğunu açıqlamışdı.

“Pfizer” və “BioNTech” şirkətlərinin preparatları 95% təsirli olduğunu göstərib. Nəzarət orqanlarının təsdiqindən sonra peyvənd vətəndaşlar arasında paylanacaq.

Son xəbərlər
Digər xəbərlər