“Moderna”nın (MRNA) kapitallaşması 100 milyard dolları keçib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin kotirovkaları COVID-19-un “delta” ştammının yayılması fonunda artıb.
Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sözügedən “delta” ştammının pandemiyanın üçüncü dalğasına səbəb ola biləcəyini açıqlayıb. Belə ki, ABŞ-ın bəzi ştatlarında yoluxma yenidən artır.
Keçən ay “Moderna” onun istehsal etdiyi peyvəndin “delta” da daxil olmaqla çoxsaylı ştammlara qarşı effektiv olduğunu bildirib. Vurğulamaq vacibdir ki, biotexniki şirkətlər virusun mutasiyası ilə peyvəndləri təkmilləşdirirlər.
Hələki “delta” və digər ştammların peyvənd istehsalçılarının investisiya cəlbediciliyinə necə təsir göstərəcəyi bəlli deyil. ABŞ-da vaksinasiya kampaniyalarını uğurla başa vurmuş İngiltərə və İsraildəki vəziyyəti izləyir.