10 C
Baku
Friday, December 13, 2024

“Moderna”nın rəhbəri: “Omikron”la mübarizə aparmaq üçün yeni peyvəndlərə ehtiyac var

“Moderna”nın CEO-su Stefan Bansel koronavirusun yeni növünü – “omikron”u məğlub etmək üçün yeni peyvəndlərə ehtiyac olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, “Bu virusun mutasiya sayı təəccüblüdür”, – deyə Bansel söyləyib. O, “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, yeni ştama görə mövcud peyvəndlərin effektivliyinin azalması gözləniləndir.

Banselin sözləri birjalara təsir göstərib. Belə ki, “The Stoxx Europe 600” indeksi demək olar ki, 1.5% düşüb, eyni zamanda neftin qiyməti son bir ayın ən aşağı göstəricilərinə çatıb. “Moderna” səhmləri son iki gündə 30% bahalaşsa da, ABŞ fond bazarının açılışı ərəfəsində dəyər itirib.

Son xəbərlər
Digər xəbərlər