8 C
Baku
Thursday, December 12, 2024

Modul tipli tibb müəsissələrinin qurulması prosesinə başlanılıb

“Tibii ehtiyacları hər cür ssenariyə uyğunlaşdırmaq üçün bir çox göstəricilərə görə, Azərbaycan öndədir”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, ayırılmış tibbi müəsissələrində mövcud reanimasiya yataqları və resurlar məlumdur: “Amma elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik. Buna görə modul tipli tibb müəsissələrinin qurulması prosesinə başlanılıb. Qeyd edim ki, bu xəstəxanalar digər xəstəxanaların yaxınlığında olacaq. Məqsəd tibbi ləvazimatların səmərəli istifadəsi üçündür. Modul tipli xəstəxanaların texniki işləri artıq başlanılıb. Kadr resurları ilə bağlı da işlərə başlamışıq. Bu müəssisələrin istifadə olunmaması üçün əlimizdən gələni edəcəyik. Amma vətəndaşlarımız da diqqətli olsunlar”.

©Report

Son xəbərlər
Digər xəbərlər