22 C
Baku
Thursday, May 9, 2024

Möhsün Nağısoylu və daha iki direktor işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üç institutunun direktoru vəzifələrindən azad olunub.

Bunlar aşağıdakılardır:

– Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu;

– Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova;

– Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər