“Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Vüsal Qaragözov vəzifəsindən azad edilib.
Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilib. (
Məlumata görə, onu Nadir Ağamedov əvəz edib.
Vüsal Qaragözov, 2014-cü ildə BOKT-a Maliyyə Meneceri kimi gəlsə də, son iki ildə Direktor vəzifəsində çalışırdı.
Xatırladaq ki, “Mol Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,408 mln. manatdır. Kredit təşkilatının təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.