8 C
Baku
Friday, December 13, 2024

Moldova Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib

Moldova Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Biz Aİ ilə həmrəy olacağıq, statusumuz və Avropa arzularımız bizi həmrəyliyə məcbur edir. Təbii ki, yeni sanksiyalara qoşulacağıq. Onlar hərbi əməliyyatları dayandırmaq üçün nəzərdə tutulub. Biz bütün diplomatik vasitələrlə buna töhfə vermək istəyirik”, – deyə ölkənin hakim partiyasının lideri İroq Qrosu söyləyib.

Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyi ölkənin zəif iqtisadiyyatı səbəbindən Rusiya Federasiyasına qarşı sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirmişdi. İyunun 23-də Aİ sammitinin iştirakçıları Moldova və Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi barədə razılığa gələndə vəziyyət dəyişdi.

Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi iyunun 3-də qəbul edilib. Yeni, yeddinci sanksiyalar paketi çərçivəsində tədbirlər artıq işlənib hazırlanır.

Son xəbərlər
Digər xəbərlər